Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev Səmərqənd sammitində Ermənistanın törətdiyi vəhşiliklərdən danışıb

0

  •         Dünya əhalisinin böyük əksəriyyəti dünyanı bürüyən siyasi və iqtisadi böhrandan əziyyət çəkməkdədir. Ayrı - ayrı dövlətlərin rəhbərləri və müxtəlif beynəlxalq qurumlar böhrandan çıxmağın yollarını tapmaq üçün səy göstərirlər. Məlumdur ki, ümumilikdə böhranın aradan qaldırılması üçün ilk növbədə dünya iqtisadiyyatını gücləndirmək əsas şərtlərdən biridir. Bu baxımdan böhranın aradan qaldılılması istiqamətində Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi tədbirlər dünya birliyi tərəfindən təqdirəlayiq hal kimi qəbul edilir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       2022 - ci ilin noyabr ayının 11 - də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının növbəti 9 - cu sammiti öz işinə başlamışdır. Sammitin əsas məqsədi bölgədə siyasi sabitliyə nail olmaq və region ölkələrinin iqtisadi inkişafını möhkəmləndirmək xarakteri daşıyırdı. Əsas məsələlərdən biri də ərazisinin 20 faizi 30 ilə yaxın düşmən tapdğında qalan, işğal altındakı torpaqlarını 44 günlük Vətən müharibəsində azad edən Azərbaycana azad edilmiş torpaqlarda quruculuq - bərpa işlərinin aparılmasında dəstək nümayiş etdirmək idi. Sammitə dəvət olunmuş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan respublikasının prezidenti Şavkat Mirzioyev tərəfindən səmimi şəkildə qarşılanmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Sammitin işində iştirak edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev geniş və məzmunlu nitq söyləmişdir. Ölkə başçısı qeyd etmişdir ki, bu onun son 7 ayda Özbəkistan respublikasına üçüncü səfəridir və səmimi qəbul üçün qardaş Özbəkistan respublikasının prezidenti Şavkat Mirzioyevə dərin təşəkkürünü bildirmişdir. Azərbaycan Prezidenti yenə də əsas diqqəti Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində törətdiyi vəhşiliklərin üzərinə yönəltmişdir. Ermənistan işğal altındakı ərazilərdə Azərbaycanın 9 şəhərini və yüzlərlə qəsəbə və kəndlərini darmadağın etmişdir. Hətta bölgəyə səfər etmiş xarici diplomatlardan biri Ağdam şəhərindəki mənzərəni seyr etdikdən sonra heyrət içərisində Ağdamı Qafqazın Xirosiması adlandırmışdır. Ermənilər işğal etdikləri ərazilərdə yerləşən 67 məsciddən 65 - ni tamamilə dağıtmış, 2 məscidə isə böyük həcmdə ziyan vurmuş, məscidlərdə donuz, inək saxlamaqla dünya müsəlmanlarını təhqir etmişlər. Prezident qeyd etmişdir ki, islamafobiya və türkəfobiya Ermənistanın ideologiyasının əsasını təşkil edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​             Ermənistanın törətdiyi vəhşiliklər təkcə bununla bitmir. Müharibədən sonrakı dövrdə Azərbaycan vətəndaşları Ermənistanın mina terrorunun qurbanı olmaqdadır. Ermənilər ərazilərimizdə bir milyondan çox mina basdırmışlar. Müharibədən sonrakı iki il ərzində 270 nəfər Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Bütün bu çətinliklərə baxmayaraq, ölkəmiz soydaşlarımızın öz doğma yurdlarına qayıtması üçün var qüvvəsi ilə çalışır və bu işlərdə türk şirkətləri bizlərə ciddi şəkildə dəstək verməkdədirlər. Eyni zamanda Özbəkistanın Füzuli rayonunda məktəb binası inşa etməsini və Qazaxıstanın Yaradıcılıq Mərkəzi inşa etməsini təqdirəlayiq hal kimi qarşılayır və Özbəkistan prezidenti Şavkat Mirzioyevə, Qazaxıstan prezidenti Kasım - Jomart Tokayevə dərin minnətdarlığımızı bildiririk .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Azərbaycan Prezidenti digər ölkələrdə yşayan soydaşlarımızın da hüquqlarının qorunması üçün səy göstərilməsinin də vacib olduğunu vurğulamışdır. Dünyanın bir çox dövlətlərində çoxluq şəklində yaşayan soydaşlarımızın öz ana dilində yazıb - oxuya bilməsinə nail olmaq prioritet məsələlərdən biri kimi qarşımızda durmalıdır. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin 9 - cu sammiti həmin dövlətlər arasında sıx qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcəkdir.Ələddin Əhmədov,Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib36 dəfə
    Prezident İlham Əliyev Səmərqənd sammitində Ermənistanın törətdiyi vəhşiliklərdən danışıb

    Maraqlı gələ bilər
    120
    32
    33
    27
    30